ABŞ prezidenti Co Baydenin İsrail və Səudiyyə Ərəbistanına səfəri ən azı iyul ayına qədər təxirə salınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın rəsmi nümayəndələri NBC News-a müsahibəsində bildiriblər.
Adı açıqlanmayan yüksək səviyyəli mənbələr deyiblər ki, administrasiya Baydenin Körfəz Əməkdaşlıq Şurasının dövlət başçıları ilə sammit keçirmək üçün bölgəyə səfərinin əhatəsini genişləndirmək niyyətindədir.
Baydenin səfərinin ləngiməsinin səbəbi açıqlanmayıb. Lakin onun coğrafiyasının genişlənməsi Rusiyaya qarşı sanksiyaların fonunda neft hasilatını artırmaq istəyən ABŞ-ın ərəb tərəfdaşlarına təzyiqi ilə bağlıdır.
Roman Göytürk,
KONKRET.az
