“Baydenlə Ərdoğan arasındakı əsas müzakirə mövzusu bu olacaq” – Blinken AÇIQLADIbackend

"Baydenlə Ərdoğan arasındakı əsas müzakirə mövzusu bu olacaq" - Blinken AÇIQLADI

ABŞ və Türkiyə arasında fikir ayrılıqlarının müzakirəsi Cozef Baydenlə Rəcəb Tayyib Ərdoğanın görüşündə əsas müzakirə mövzusu olacaq.

KONKRET.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

O, Türkiyənin Şərqi Aralıq dənizindəki fəaliyyətinin dərin narahatlıq yaratdığını söyləyib:

“Biz Türkiyənin lövbərini Qərbdə saxlamaqda maraqlıyıq. Bizim Suriyada, terrorizmlə mübarizədə, Əfqanıstanda, Rusiya və İranın təsirinin qarşısının alınmasında vacib və üst-üstə düşən maraqlarımız var. Biz gərək fikir ayrılıqlarımızın öhdəsindən gələk”./axar.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*