Bayrağı əski parçası kimi istifadə edən taksi sürücüsünü hansı cəza gözləyir? – AÇIQLAMA + VİDEObackend

Bayrağı əski parçası kimi istifadə edən taksi sürücüsünü hansı cəza gözləyir? - AÇIQLAMA + VİDEO

Azərbaycanda taksi sürücüsü dövlət rəmzi sayılan bayrağa qarşı hörmətsizlik edib. Belə ki, sosial şəbəkələrdə yayılan video görüntülərdə taksi sürücüsünün avtomobilini Azərbaycan bayrağı ilə silməsi əks olunub. Taksi sürücüsünün bu hərəkəti insanlar tərəfindən hiddətlə qarşılanıb.  

Bəs dövlət rəmzlərinin təhqir olunmasına görə qanunda hansı cəza nəzərdə tutulur?

KONKRET.az-ın sualını cavablandıran vəkil Əsabəli Mustafayev bildirib ki, bu hadisə dövlət rəmzinə qarşı təhqir kimi qiymətləndirilməlidir: “Cinayət Məcəlləsində bu barədə maddə öz əksini tapır. Azərbaycan bayrağının təhqir olunması cinayət məsuliyyəti yaradır. Qanunda buna görə, 1 ilə qədər cəza nəzərdə tutulub. Ancaq belə hərəkətlərə qarşı hüquqi cəzadan daha çox, ictimai qınaq yaratmaq lazımdır. Dövlət rəmzi olan bayrağın əski parçası kimi istifadə edilməsi hər bir vətəndaşın şərəf və ləyaqətinə toxunan bir məsələdir. Mətbuatın bu məsələyə həssas yanaşması çox yaxşı haldır”.

Bank hesabım üzərində həbs olduğu üçün vəkillik fəaliyyətimi dayandırmalı olacağam” - ƏSABƏLİ MUSTAFAYEV » YeniSözçü qəzeti

Əsabəli Mustafayevin sözlərinə görə, bu kimi halların ictimailəşdirilməsi bayrağın dövlət rəmzi olduğunu yaddan çıxaranlara da bir xatırlatma olacaq: “Bu hərəkəti edənlərin ermənidən heç bir fərqi qalmır. Şəhidlərimizi biz həmin bayrağa bükərək dəfn edirik. İndi isə həmin bayrağı kimsə əsgi parçası kimi istifadə edir. Çox ürəkdağlayan bir hadisədir”.

 

Müşviq Tofiqoğlu

Sevinc Paşayeva

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*