“Bayrağımızın Mərakeşdə dalğalanması hamımızın uğurudur” – Tanınmış qida mütəxəssisi Ağa Salamovbackend

“Bayrağımızın Mərakeşdə dalğalanması hamımızın uğurudur” – Tanınmış qida mütəxəssisi Ağa Salamov

Mərakeşin Agadir şəhərində ilk “Beynəlxalq kulinariya sənəti və mətbəx ulduzları” festivalı keçirilib.

KONKRET.az xəbər verir ki, bir sıra yerli və beynəlxalq təşkilatların tərəfdaşlığı ilə 25-28 aprel 2024-cü il tarixlərində baş tutan festivala Almaniya, Türkiyə, Azərbaycan, İtaliya, Cənubi Koreya, Rusiya, Böyük Britaniya, Portuqaliya, Malta, Tunis, İordaniya kimi ölkələrdən 20 beynəlxalq münsiflər heyəti və  dünyanın müxtəlif ölkələrindən 100-ə yaxın iştirakçısı qatılıb.

Festivalda müxtəlif dünya mətbəxinin təamlarının hazırlanması texnikası, şirniyyat təqdimatı, pizza, şokoladlar, üçölçülü tortlar, hətta tərəvəz və meyvə oyma sənətinə dair nümunələr nümayiş olunub.

Sözügedən beynəlxalq tədbirdə ölkəmizi təmsil edən tanınmış qida mütəxəssisi Ağa Salamov təəssüratlarını bölüşüb:

“Morocco-Agadirdə  keçirilən Beynəlxalq Gastronomi Yarışmasında Azərbaycanı münsif olaraq təmsil etdim. Qürur hissi ilə bildirirəm ki, Azərbaycanın bayrağını ölkəmizdən 7000 km uzaqlıqda – Afrikanın şimalında dalğalandırmağı bacardıq. Mən orada Azərbaycandan bir parça idimsə, bayrağımız bütün Azərbaycanı təmsil edirdi və bu, hamımızın uğurudur”.

Ağa Salamovun sözlərinə görə, festivalda münsiflər heyəti namizədləri qiymətləndirmək üçün bal sistemindən istifadə ediblər, 91-100 bal arası qızıl medal, 81-92 bal arası gümüş medal, 71-80 balla bürünc medal, 70 baldan aşağı iştirak edənlərə isə iştirakçı sertifikatı təqdim olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*