Bayram günlərində gələn təhlükə: Azərbaycanda nə baş verəcək?backend

Bayram günlərində gələn təhlükə: Azərbaycanda nə baş verəcək?

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası bayram günləri üçün geomaqnit hava proqnozunu açıqlayıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, BDU-nun Astrofizika kafedrasının məlumatına əsasən, 9-12 noyabr tarixlərində Azərbaycanda güclü geomaqnit qasırğası gözlənilmir.

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthinin müxtəlif bölgələrində M sinif alışmalar qeydə alınsa da, onların Yerə təsir göstərməsi gözlənilmir.

Bildirilib ki, noyabrın 12-dək geomaqnit sahənin normal fon səviyyəsində, orta coğrafi enliklərdə isə sakit olacağı proqnozlaşdırılır.

Geomaqnit qasırğasının gücünü göstərən Kp əmsalı 10 ballıq sistem üzrə noyabrın 9-10-da 4-3, 11-12-də isə 3-2 intervalında dəyişəcək. Yüksək coğrafi enliklərdə bu göstəricinin 4-5 aralığında olacağı gözlənilir.

Proqnoza görə, qeyd olunan tarixlərdə Azərbaycan ərazisində geomaqnit sahəsi əsasən stabil və ya zəif həyəcanlaşmış səviyyədə olacaq. Güclü və ya dağıdıcı geomaqnit qasırğasının baş vermə ehtimalı isə olduqca aşağıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*