Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir Ermənistan-Azərbaycan normallaşma prosesində ciddi addımların olmadığını vurğulayıb:
“Hazırda Ermənistan tərəfindən Azərbaycanın gözləntiləri var. Bu, ərazi iddialarından imtina və ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bu prosesləri izləyirik. Təmaslar var, amma ciddi addımlar hələ ki, yoxdur”.