Tramp İrana qarşı yeni hücuma hazırlaşır: Qərar 3 noyabrdan əvvəl, yoxsa sonra veriləcək?backend

Tramp İrana qarşı yeni hücuma hazırlaşır: Qərar 3 noyabrdan əvvəl, yoxsa sonra veriləcək?

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş nöqtəsinə yaxınlaşdıqlarını və bundan sonra növbəti addımlarla bağlı mühüm qərar verməli olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə Axios-a müsahibəsində danışıb.

“Qarşıda mühüm qərar verməliyəm. İrana qarşı hərbi əməliyyatı davam etdirib onları məhv etmək istəyirəm, ya yox? Bu, çox mühüm qərardır. Mənim başıma hər şey gələ bilər”, – deyə ABŞ Prezidenti bildirib.

Trampın bu açıqlamasından sonra əsas sual ABŞ-ın İrana qarşı yeni və genişmiqyaslı hücuma əl atıb-atmayacağı ilə bağlıdır.

Xüsusilə də ABŞ-da aralıq Konqres seçkilərinin 3 noyabrda keçiriləcəyi nəzərə alınaraq, Vaşinqtonun İrana qarşı mümkün növbəti hərbi addımının seçkilərdən əvvəl, yoxsa sonra atılacağı müzakirə olunur.

İsrailli hərbi ekspert, hərbi-analitik YouTube kanalının müəllifi Sergey Auslender hesab edir ki, Tramp üçün müharibənin taleyi ilə bağlı yekun qərarı aralıq seçkilərindən sonra vermək daha məqsədəuyğun ola bilər.

Ekspertin fikrincə, Tramp müharibəni davam etdirmək və ya başa çatdırmaq məsələsində seçkilərin nəticələrini gözləyə bilər.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*