Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə seçici fəallığı 52,64 faizə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 16:18-ə olan göstəriciyə əsasən, seçicilərin 52,64 faizi səsvermədə iştirak edib.
Beləliklə, builki seçkilərdə seçici fəallığı 2021-ci ildə keçirilən Dövlət Dumasına seçkilərin nəticəsini ötüb.
Həmin vaxt rəsmi məlumatlara əsasən, üç günlük səsvermə müddətində seçicilərin 51,72 faizi səsvermədə iştirak etmişdi.
Qeyd edək ki, Moskvada Mərkəzi Seçki Komissiyasının sistemində nasazlıq baş verib.
Moskva Şəhər Seçki Komissiyasından bildirilib ki, paytaxtda elektron səsvermə sisteminə və seçici reyestrinə qarşı genişmiqyaslı haker hücumları davam edir.
Günay Əli
KONKRET.az
