Danimarkalı və beynəlxalq alimlərin apardığı yeni araşdırma göstərib ki, Roma imperiyasının yolları heç də yalnız Romaya doğru istiqamətlənməyib.
KONKRET.az xəbər verir ki, arxeoloq Tom Brukmansın sözlərinə görə, Roma imperiyanın dominant şəhəri olsa da, yol şəbəkəsinin mərkəzi olmayıb. Bu baxımdan “bütün yollar Romaya aparır” ifadəsi daha çox simvolik məna daşıyır.
“Danimarkalı və beynəlxalq alimlər Roma İmperiyasının eramızdan əvvəl 753-cü ildən eramızın 476-cı ilinədək olan dövrə aid təxminən 300 min kilometrlik yol şəbəkəsinin xəritəsini tərtib ediblər. Məlum olub ki, yol şəbəkələri heç də Romada birləşməyib. Əsas mərkəzlər çox vaxt Antioxiya (Antakya), Ankira (Ankara) və İstanbul idi. Roma dominant şəhər idi, lakin yol şəbəkəsində mərkəzi mövqedə deyildi”, – məlumatda bildirilib.
