Bayramqabağı mal bazarında vəziyyət – VİDEObackend

Bayramqabağı mal bazarında vəziyyət – VİDEO

Gələn ay Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə əlaqədar satışa çıxarılan heyvanların qiymətləri ötən illə müqayisədə bir qədər çox olacaq.

KONKRET.az xəbər verir ki, bu barədə qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan qəssablar məlumat verib.

Onların sözlərinə görə, əgər ötən il diri çəkidə heyvanın kiloqramı 12-13 manata satılırsa, bu il qiymət azı 14 manatdan başlayacaq. Bahalaşmaya səbəb heyvan yeminin və dərmanının qiymətlərindəki artımdır. Beləliklə, qurbanlıq qoyunların qiymətləri ötənilki 200-250 manatdan 250-300 manata yüksələcək.

Bahalaşma təkcə Bakıda deyil, həm də regionlarda müşahidə olunacaq.

Baku TV əməkdaşı Bərdədə yerləşən heyvan bazarında olub.

Daha ətraflı süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*