BDU bayrağa hörmətsizlik edən tələbə ilə bağlı QƏRAR VERDİbackend

BDU bayrağa hörmətsizlik edən tələbə ilə bağlı QƏRAR VERDİ

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

KONKRET.az xəbər verir ki, Elmi Şurada BDU-nun elmi işçiləri cari məsələlər sırasında universitetdən xaric edilmiş Pərviz Əlipənah oğlu Məhəmmədovun müraciətini nəzərə alaraq rektorun müvafiq əmri ilə yaradılmış komissiyanın qərarını da müzakirə ediblər.

Komissiyanın qərarında mexanika-riyaziyyat fakültəsinin birinci kurs tələbəsi Pərviz Məhəmmədovun dəfələrlə daxili nizam-intizam qaydalarını pozaraq, dərs prosesinə mane olduğu, fənn müəllimlərinə və fakültənin tyutoruna qarşı etikasız və kobud rəftar etdiyi qeyd edilib.

Edilən xəbərdarlıqlara baxmayaraq, Pərviz Məhəmmədov 23 noyabr 2020-ci il tarixdə onlayn dərs prosesini nümayişkəranə şəkildə yenidən pozub, bu zaman Azərbaycanın Dövlət bayrağına qarşı ciddi ictimai qınağa səbəb olan hörmətsiz hərəkətlər edib. Bu hallar nəzərə alınmaqla, BDU rektorunun müvafiq əmri ilə Pərviz Məhəmmədov universitet tələbələri sırasından xaric olunub.

Bir müddət sonra o, ərizə ilə BDU rektoruna müraciət edərək, səhvlərindən peşman olduğunu bildirib və bağışlanmasını xahiş edib. O, Dövlət Bayrağına qarşı etdiyi hərəkətlərin ciddi səhv olduğunu etiraf edib, bütün müəllimlərindən, universitet kollektivindən və tələbə yoldaşlarından, Azərbaycan xalqından üzr istədiyini bildirib.

Bundan sonra universitetin daxili nizam-intizam qaydalarına ciddi əməl edəcəyinə, dövlət rəmzlərinə hörmətlə və dərslərinə ciddi yanaşacağına söz verərək onun bağışlanılmasını və yenidən tələbələr sırasında olmasına köməklik edilməsini BDU rektorundan xahiş edib.

Komissiya  məsələni yenidən araşdırıb, tələbənin Azərbaycan Bayrağına qarşı etdiyi hərəkətlərdən peşman olduğunu, müəllimlərindən və Azərbaycan xalqından üzr istədiyini, pandemiya şəraitinin və onlayn tədris prosesinin çətinliklərini və s. nəzərə alaraq Pərviz Məhəmmədovun universitet tələbələri sırasından xaric olunması haqqında əmrə yenidən baxılması və tələbəyə töhmət elan edilməklə tələbələr sıralarına qaytarılması haqqında təkliflə çıxış edib.

Komissiyanın təklifi BDU Elmi Şurası üzvlərinin müzakirəsinə çıxarılıb. Şura üzvləri məsələni geniş müzakirə edib və komissiyanın qərarını nəzərə almağı məqsədəmüvafiq hesab edib.

Komissiyanın qərarı və Elmi Şuranın müzakirəsinin müsbət nəticələri nəzərə alınmaqla BDU rektoru tərəfindən Pərviz Məhəmmədov haqqında verilmiş əvvəlki əmrə yenidən baxılıb, ona intizam tənbehi kimi töhmət elan olunmasını və təhsilini davam etdirməsini nəzərdə tutan müvafiq yeni əmr imzalanıb.

  • Zamina Elturan
    Dekabr 1, 2020 - 17:43

    Çox təssüf!Bayrağmıza görə neçə min ŞƏHİDİMİZ var!!!Beləsini rədd etmək lazımdı universitetdən!!!Şəhidlər canlarını belə azğlnlardan ötrümü gülləyə sipər etdilər??!Kimin adamıdı bu??Kimdi bunun arxası-dayağı?Bu “tələbə” dəfələrlə naqis hərəkətlərə yol verib,təhsil ocağında nizam-intizamı pozub.Tənqidlər ya zəif olub,ya da qeyri yetərli.Sonda bayrağa keçib.Dövlət atributunu ucada tutanlar bu məsələyə necə baxdılar ?Cəmiyyət arasına necə çıxır bu ” tələbə”??İnanaümıki,onun qeyru-etik davranışı,hərəkətləri sondur??Yoxsa bu “son” yalnız təhsil illərini əhatə edəcək?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*