Bəhram Bağırzadə DİN-in paylaşdığı üzr videolarını belə LAĞA QOYDU – VİDEObackend

Bəhram Bağırzadə DİN-in paylaşdığı üzr videolarını belə LAĞA QOYDU - VİDEO

Əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən mütəmadi olaraq yayımlanan vətəndaşların üzr videoları ilə bağlı ironik paylaşım edib.

KONKRET.az xəbər verir ki, tanınmış aktyor sosial şəbəkə hesabında paylaşdığı videoda dostları ilə yeyib-içməyə getdiyini, hər ehtimala qarşı Bakıya gələn turistlərdən, şəhərin bütün pişiklərindən üzr istədiyini deyərək məsələyə yumoristik şəkildə münasibət göstərib.

Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə inzibati xəta törətmələrinə dair videoları yayılan şəxslər DİN tərəfindən müəyyən edilərək polis bölməsinə çağırılır, üzr görüntüləri yayılır. Sonuncu belə hadisələr aztəminatlı şəxsləri təhqir etdiyi deyilən “Gelandewagen” sürücüsü Samid Bağırov və bayraqla avtomobilini təmizlədiyi bildirilən 72 yaşlı taksi sürücüsü ilə bağlı yaşanıb.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Bahram Bagirzade (@bahram_bagirzade)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*