Bejanyan: “Xeyli sayda ermənilərin Rusiyaya girişinə qadağa qoyulub”backend

Bejanyan: "Xeyli sayda ermənilərin Rusiyaya girişinə qadağa qoyulub"

“2022 və 2023-cü illərdə Ermənistandan Rusiyaya əmək miqrantlarının sayı nəzərəçarpacaq dərəcədə azalıb”.

KONKRET.az xəbər verir ki, bunu miqrasiya üzrə ekspert Tatevik Bejanyan bildirib.

“Bu, həm miqrasiya siyasətinin sərtləşdirilməsi, həm də Rusiya Federasiyasına tətbiq edilən sanksiyalarla izah olunur”, – deyə Bejanyan bildirib.

Bejanyan qeyd edib ki, miqrantların sayının azalmasının səbəblərindən biri məhdudlaşdırıcı tədbirlər, o cümlədən qeydiyyat və yaşayış qaydalarının sərtləşdirilməsi olub. Əməkçi miqrantlar üçün məcburi olan tibbi müayinə prosesində bir çox miqrant problemlərlə üzləşir.

Bəziləri bu tələbdən xəbərsizdir, bəziləri isə ardıcıl olaraq buna əməl etmir. Bu və digər amillər xeyli sayda ermənilərin Rusiyaya girişinə qadağa qoyulmasına səbəb olub.

Ekspert vurğulayıb ki, əmək miqrantlarının sayının azalması əvvəllər xaricdə iş tapan bir çox ermənilərə mənfi təsir göstərir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*