Belarus parlamentindən yeni QANUN: Cinayətə cəhdə görə ölüm hökmü tətbiq ediləcəkbackend

Belarus parlamentindən yeni QANUN: Cinayətə cəhdə görə ölüm hökmü tətbiq ediləcək

Belarus parlamenti ölüm hökmünün əsaslarının genişləndirilməsi haqda qanunu təsdiqləyib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, həm aşağı, həm də yuxarı palatalar tərəfindən bəyənilən qanun layihəsi cinayətə cəhd üçün ölüm cəzasının tətbiqini nəzərdə tutur. Hazırda isə Belarus Cinayət Məcəlləsi cinayətə cəhd üçün edamdan istifadəni qadağan edir

Belarus parlamentinin yuxarı palatası – Respublika Şurası Cinayət Məcəlləsinə ölüm hökmünün tətbiqi üçün əsasları genişləndirən dəyişiklikləri təsdiqləyib. O cümlədən, qanun layihəsində beynəlxalq terror aktı törətməyə cəhdə görə ölüm cəzasının tətbiqi təklif edilir.

Cinayət Məcəlləsinin 67-ci maddəsinin birinci normasına görə, “ağırlaşdırıcı hallarda şəxsi həyatından qəsdən məhrum etmə ilə nəticələnən bəzi xüsusilə ağır cinayətlərə” görə güllələnmə cəzasına yol verilir. Eyni zamanda 65 yaşdan yuxarı şəxslərə və yetkinlik yaşına çatmayanlara ölüm cəzası verilə bilməz.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*