ŞƏT hərtərəfli qlobal dialoqun bərpası üçün möhkəm təməl yaradır.
KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdə deyib.
A.Lukaşenkonun bildirdiyinə görə, ŞƏT-in ilk iclasında səsləndirilən bəyanatların mahiyyəti ondan ibarət idi ki, dünyada bu təşkilatın iştirakı olmadan heç bir tədbir keçirilməməlidir.
