Belə bir müzakirə olmayıb, mümkün də deyil – Akar TƏKZİB ETDİbackend

Belə bir müzakirə olmayıb, mümkün də deyil - Akar TƏKZİB ETDİ

Türkiyə və Pakistanda sığınacaq üçün müraciət mərkəzinin qurulacağı xəbərləri əsassızdır.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Böyük Britaniyanın müdafiə naziri Əfqanıstan xaricində əfqanlara sığınacaq üçün müraciət mərkəzləri quracaqlarından danışır. Amma mətbuatda yazılanların əksinə olaraq, nazir nə Türkiyə, nə də Pakistan haqqında söz deyib. Belə bir şey yoxdur. Belə bir müzakirə olmayıb və mümkün də deyil”, – Akar qeyd edib./axar.az/

Qeyd edək ki, Türkiyə əfqan qaçqınları qəbul edə bilməyəcəyini elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*