Bələdiyyələrin qrant alması ilə bağlı dəyişiklik I oxunuşda təsdiqləndibackend

Bələdiyyələrin qrant alması ilə bağlı dəyişiklik I oxunuşda təsdiqləndi

Milli Məclis Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsasların yaradılmasını ilk oxunuşda təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bununla bağlı “Qrant haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*