Quba-Qusar bölgəsinin bəzi ərazilərində arabir yağış yağır.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 25-i saat 09:00-a olan məlumatında bildirilib.
Qeyd olunub ki, Qusarda 7, Xaçmaz və Qubada isə 1 mm-dək yağıntı qeydə alınıb.
Ölkə ərazisinin əksər hissəsində isə hava şəraiti əsasən yağmursuz keçib.
Hazırda şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada isə 20 m/s təşkil edir.
