Sabirabad rayonunda iki avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər xəsarət alıb.
KONKRET.az Trend-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 24-də rayonun Osmanlı kəndi ərazisində baş verib.
Belə ki, Oktay Qasımovun idarə etdiyi “Hyundai” markalı avtomobil qarşı istiqamətdə hərəkətdə olan Rahim İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində “VAZ-2106″nın sürücüsü R. İbrahimov hadisə yerində həyatını itirib.
“Hyundai”nin sürücüsü O. Qasımov və avtomobildə olan sərnişinlər Kamal Mövsüm oğlu Qədirli ilə Mirəli Seyidhəşim oğlu Əskərov müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
