Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saat kolleksiyası ilə mətbuatdan tanış oldum. Mənə çox düşündürücü gəldi: Məgər 1800 manatlıq deputat maaşı ilə “Patek Philippe” və “Rolex” kimi qiyməti yüz min dollarla ölçülən saatlar almaq mümkündürmü? Əlbətdə yox! Elə isə bu bahalı saat kolleksiyasının maddi mənbəyi haradandır?!
Ağzına su almış, heç bir teledebata qatılmayan bu YAP-çı deputatların görünür zamanı özlərinə bahalı saatlar almaqla keçir deyə öz funksiyalarını unudurlar… Unudurlar ki, teledebatlarda təmsil olunduqları partiyanın mövqeyini müdafiə etmək YAP funksioneri olaraq onların borcudur. Bəlkə də dərk edirlər. Dərk edirlər ki, YAP-ın mövqeyini müdafiə etmək bahalı saat almaq qədər asan deyilmiş… Bu səbəbdən susur və teledebatlardan qaçırlar. Özləri bilər, təmsil olunduqları hakim partiya bilər… Olmaya Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru olan bu YAP-çı deputat məcburi köçkünlər üçün ayrılmış sosial inkişaf məqsədli layihələrin pulunu talamaqla məşğuldur? Ümumiyyətlə intelligent YAP rəhbərliyi bu barədə nəsə deyəcəkmi? Niyə susursunuz cənablar?
Prezident İlham Əliyev vətəndaşları ictimai nəzarət prosesində aktiv iştiraka dəvət edir. Əlbətdəki çox böyük və olduqca xoşniyyətli çağırışdır. Mən də öz növbəmdə siyasi partiya sədri olaraq aldığım informasiyaların fonunda Prezident İlham Əliyev cənablarının çağırışına qoşularaq hörmətli deputatımıza, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadəyə və təmsil olunduğu Yeni Azərbaycan Partiyasının rəhbərliyinə sual edirəm: Bu “quyunun suyu hardandır” hörmətli Abbaszadədə?! Fəlsəfə doktoru olaraq bəlkə aldığınız bahalı saatların maddi mənbəyini xalqa “fəlsəfi” olaraq izah edib, göstərəsiniz, cənab deputat…
Ağasif Şakiroğlu
Gələcək Azərbaycan Partiyası
gorun neleri muzakire edir bizim metbuat ……kiminse hec xeberi varmi ki Avropa Ittifaqi Elm ve Tehsil sahesinde 9-cu Cercive Proqramini Elan edib (fondu 89 milyard Yevro, 5 illlik layiheler)….Qafqaz ve kecmis sovet olkelerin demek olar ki hamisi bu proqrama qosulub…Tehsil Nazirliyi deyir ki menim bu proqramdan xeberim yoxdur… gedin AMEA-ya muraciet edin…AMEA-da ise “moyka” acirlar….…Yaziq Milletimin Elmi ve Tehsili…Kimse bu movzuda danismir….demek ki Elmimize xeyanet edibler….hercend bu meqale movzusuna aid olmasa da dusunulesi PROBLEMDIR….elm olduruldu….aglayani yoxdur…Allah Rehmet elesin Elmimize!!