Yeni Şəhər Gündəliyi inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulması üçün beynəlxalq ictimaiyyətin ortaq yol xəritəsi olaraq qalır.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının Prezidenti Annalena Baerbock videomüraciətində bildirib.
Onun sözlərinə görə, Yeni Şəhər Gündəliyinin prinsipləri qəbul edildiyi 10 il əvvəl olduğu kimi bu gün də aktuallığını qoruyur.
“Yeni Şəhər Gündəliyi bizim ortaq yol xəritəmiz olaraq qalır”, – deyə Annalena Berbok qeyd edib.
O vurğulayıb ki, sənədin əsas məqsədi inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin inkişafını təşviq etməkdir.
BMT Baş Assambleyasının Prezidentinə görə, 2026-cı ilin iyulunda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Yeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirilməsinə həsr olunmuş iki günlük yüksək səviyyəli iclas keçirəcək.
Annalena Berbok əlavə edib ki, həmin toplantı siyasi öhdəliklərin yenilənməsi və sənədin icrasının sürətləndirilməsi üçün mühüm imkan yaradacaq.
