Berdiməhəmmədovun şərəfinə tikiləcək şəhərə bu qədər vəsait xərclənəcək – FOTObackend

Berdiməhəmmədovun şərəfinə tikiləcək şəhərə bu qədər vəsait xərclənəcək - FOTO

Türkmənistan hökuməti ölkənin sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədovun şərəfinə inşa ediləcək Arkadağ şəhərinin tikintisinə ölkə büdcəsindən 5 milyard dollara qədər vəsait xərcləyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “France 24” telekanalı Türkmənistan Dövlət Tikinti Komitəsinin rəhbəri Dyareqeldi Orazova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Arkadağın tikintisinin birinci mərhələsi 3,3 milyard dollara başa gələcək, ümumilikdə şəhərin inşasına ən azı 4,8 milyard dollar xərclənəcək.

Orazov bildirib ki, Türkmənistan hökuməti təkcə idxal olunan tikinti materiallarının alınmasına 2,76 milyard dollar xərcləyəcək.

Qeyd edək ki, Arkadağın tikintisinə 2019-cu ilin aprelində başlanılıb. Yaxın vaxtlarda “ağıllı şəhər”in  birinci mərhələsinin açılış mərasimi keçiriləcək. Şəhərdə elektrik avtobuslarının və elektromobillərin hərəkəti təşkil ediləcək, günəş panelləri və külək turbinləri quraşdırılacaq.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*