Bərədə dəhşətli yanğın: 5 ölü, 40-dan çox itkin var – VİDEObackend

Bərədə dəhşətli yanğın: 5 ölü, 40-dan çox itkin var - VİDEO

İndoneziyanın Madura adası sahillərində bərədə baş verən yanğın nəticəsində azı beş nəfər həlak olub, 40-dan çox insan isə itkin düşmüş hesab olunur.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.Məlumata görə, bərənin göyərtəsində sərnişinlər və heyət üzvləri daxil olmaqla ümumilikdə 271 nəfər olub. Onlardan 225-ni xilas etmək mümkün olub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*