Berlində general Polad Həşimovun xatirəsi anıldı – FOTOLARbackend

Berlində general Polad Həşimovun xatirəsi anıldı - FOTOLAR

Xalq rəssamı Əşrəf Heybətovun təşəbbüsü və “Birlik” təşkilatının dəstəyi ilə Berlindəki Azərbaycan evində şəhid general Polad Həşimovun şəhadətə qovuşmasının 40 günü ilə bağlı ehsan mərasimi təşkil edilib.

KONKRET.az-ın Avropa bürosu xəbər verir ki, tədbiri giriş sözü ilə açan Almaniyada yaşayan jurnalist Həsən Babayev Polad Həşimovun keçdiyi həyat yolundan danışıb.

Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra xalq rəssaml Əşrəf Heybətov bildirib ki, Polad Həşimovun keçdiyi şərəfli həyat yolu gələcək nəsillər üçün böyük örnəkdir.

Ə. Heybətovun Berlindəki Azərbaycan evinə general Polad Həşimovun adının verilməsi təşəbbüsü iştirakçılar tərəfindən maraqla qarşılanaraq dəstəklənib.

Daha sonra Berlində İmam Rza İslam Cəmiyyətinin sədri Cəmaləddin Hoca Polad Həşimovun və digər şəhidlərimizin ruhuna dualar oxuyub. O çıxışında qeyd edib ki, Polad Həşimov tək Azərbaycanın yox, İslam dünyasının qəhrəmanıdır.

Mərasimin yekununda ehsan süfrəsi verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*