Beyləqanda kanala düşən şəxsin meyiti tapıldıbackend

Beyləqanda kanala düşən şəxsin meyiti tapıldı

Beyləqanda kanala düşən şəxsin meyiti tapılıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 17-də rayonun Birinci Şahsevən kəndi ərazisində Baş Mil kanalına düşən minik avtomobilində olan 1 nəfərin axtarışları başa çatıb.

Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Muğan” və “Aran” dalğıc-axtarış qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan şəxsin meyiti (avtomobilin batdığı yerdən təqribən 200 m aralıda) aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, kanala düşən şəxsin hərbçi olduğu bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*