backend

Beynəlxalq agentlikdən Ermənistana növbəti şok: Qarabağdakı gərginlik davam edərsə…

“Fitch” beynəlxalq reytinq agentliyi Ermənistanın uzunmüddətli xarici valyutada kredit reytinqini “BB-” dən “B +” yə endirib.

KONKRET.az xəbər verir ki, agentlik ölkənin reytinq proqnozunu “sabit” səviyyədə saxlayıb.

“Fitch” qeyd edib ki, Ermənistandakı iqtisadi daralma bu ilin birinci yarısında gözləniləndən daha kəskin olub. Buna səbəb dövlət borcunun artması göstərilir. Ölkənin dövlət borcunun qarşıdakı dövrdə gözləniləndən çox artacağı bildirilib. Açıqlamada “Ermənistanın borc səviyyəsinin orta müddətdə açıq şəkildə azalacağına inamımız yoxdur” ifadələrinə də yer verilib.

Ermənistanın dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti isə bu ilin sonuna qədər 63.9 səviyyəsinə çatacağı gözlənilir.

Agentlik bəyan edir ki, Dağlıq Qarabağdakı gərginlik artmağa davam edərsə, proseslər ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək. “B” kredit reytinqi ilə qiymətləndirilən ölkələrin bu il orta hesabla 4.8 faiz azalacağı gözlənilir, ancaq Ermənistanda bu ortalama 6.2 faizlə daha sərt bir daralmanın nəzərdə tutulduğu proqnozlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*