Beynindən əməliyyat keçirən Maradonanın səhhəti necədir? – AÇIQLAMAbackend

Beynindən əməliyyat keçirən Maradonanın səhhəti necədir? - AÇIQLAMA

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona beynindən əməliyyat olunub.

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər əməliyyatın uğurla başa çatdığını bildirib:

“1,5 saatlıq əməliyyatdan sonra Dieqonun problemini həll etdik. Hər şey yaxşı getdi, indi o, nəzarət altında qalacaq. Şişkinlik artıq keçib, buna görə Maradona sağala biləcək”.

Qeyd edək ki, D.Maradona ötən gün beyinə qan sızması ilə əlaqədar La-Plata şəhərində xəstəxanaya yerləşdirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*