Beyrutda ard-arda güclü partlayışlar, ölən və onlarla yaralı var – Video + Yenilənibbackend

Beyrutda ard-arda güclü partlayışlar, ölən və onlarla yaralı var - Video + Yenilənib

Livanın paytaxtı Beyrut şəhərinin dəniz limanında güclü partlayış baş verib.

KONKRET.az “TASS”a istinadən xəbər verir ki, partlayış paytaxtın yaşayış məhəllələrini silkələyib. Bəzi yaşayış evləri və ofislər zədələnib.

İlkin məlumata görə, onlarla insan xəsarət alıb.

Partlayışın səbəbi hələlik müəyyənləşdirilməyib.

“Al Hadath” telekanalı dəniz limanı ərazisinə raket zərbəsinin vurulduğunu istisna etmir. “Al Mayadeen” telekanalı bildirib ki, partlayış pirotexniki vasitələr anbarında baş verib.

***

Livanın paytaxtı Beyrut şəhərində güclü partlayış baş verib.

KONKRET.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə Beyrut limanı yaxınlığında qeydə alınıb.

Partlayışın səbəbi məlum deyil.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*