Biləsuvar polisi əməliyyatla 7 nəfəri saxladı – VİDEObackend

Biləsuvar polisi əməliyyatla 7 nəfəri saxladı - VİDEO

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son bir neçə gün ərzində keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb və onlardan ümumilikdə 4 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Kənan Ağayev saxlanılıb. Keçirilən baxış zamanı ondan 3 kiloqram 800 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə daha 6 nəfər saxlanılıb. Onlardan ümumilikdə 250 qramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Biləsuvar RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərdən 4-ü barəsində məhkəmə tərəfindən həbs, 3-ü barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*