Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.
KONKRET.az “Report”a isitnadən xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
İlkin məlumata görə, rayon sakini, H.Dadaşovu elektrik cərəyanı vuraraq öldürüb.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
