Azərbaycanda toy yasa döndü – Ölənlərin KİMLİYİ BİLİNDİ (YENİLƏNİB)backend

Azərbaycanda toy yasa döndü - Ölənlərin KİMLİYİ BİLİNDİ (YENİLƏNİB)

Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

Ölənlər 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmovadır.

Onların bacı olduğu bildirilir.

Qeyd edək ki, F.Rüstəmovanın idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb.

****

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, minik avtomobili Cənubi Muğan kanalının rayondan keçən hissəsinə düşüb.

Nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*