Daxili İşlər Nazirliyi İmişlidəki dəhşətli qəza barədə məlumat yayıb.
Konkret.az xəbər verir ki. nazirliyin məlumatına görə, sentyabrın 9-da gecə saat 1 radələrində İmişli rayonunun Əliqulular kəndi ərazisində Bakı şəhər sakini İlqar Şamxalov idarə etdiyi “Opel Vectra” markalı avtomobili yolun kənarındakı su kanalına (kollektora) aşıb.
Nəticədə sürücü İlqar Şamxalov və sərnişinləri – qardaşı Etibar, onun arvadı Mərziyyə, oğlu Elnur və onun arvadı Afət Kərimova suda boğulublar.
Avtomobil kanaldan çıxarılıb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.