“Almaniya Rusiya qazından bir gecədə imtina edə bilməz. Ölkə hakimiyyəti keçmişin səhvlərini təkrarlamaq və öhdəsindən gələ bilməyəcəyi şeyləri etmək istəmir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Almaniyanın xarici işlər naziri Annalena Burbok bildirib.
O qeyd edib ki, Almaniya hökumətini tez-tez danlayırlar və Rusiyanın enerji resurslarına niyə tam embarqo tətbiq edə bilmədiyini soruşurlar:
“Keçmişin səhvlərini təkrarlamaq, yerinə yetirə bilməyəcəyimiz şeyləri vəd etmək istəmirik. Ona görə də bir gecədə Rusiya qazından imtina edə bilməyəcəyimizi söylədik”, – deyə Burbok vurğulayıb.
Xatırladaq ki, bir müddət öncə Almaniya kansleri Olaf Şolz Berlinin Rusiya qazından imtina etməyə hazırlaşdığını açıqlamışdı.
Müşviq Tofiqoğlu,
KONKRET.az
