Aparılacaq təmir işləri ilə əlaqədar olaraq aşağıda qeyd olunan küçələrin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq:
• Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;
• Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;
• Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;
• Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;
• Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;
• Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;
• Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;
• İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.
Məhdudiyyət 14 avqust 2026-cı il saat 08:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.
