Bir qrup şəxsə Prezident təqaüdü verildibackend

Bir qrup şəxsə Prezident təqaüdü verildi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) bir qrup üzvünə Prezident təqaüdü verilib.

KONKRET.az xəbər verir ki, bu, birlikdə təmsil olunan 20 nəfər gənc şair və yazıçıya şamil edilib.

AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumatı saytımıza təsdiqləyib.

“Bəlli yaşda olan 20 nəfər gənc şair və yazıçıya Prezident təqaüdü təyin olunub. Bu say standart olaraq 20 nəfərdir”, – o vurğulayıb. 

Prezident təqaüdünə layiq görülənlərin kimliyinə gəlincə, mətbuat katibi deyib ki, AYB həmin siyahını açıqlamır.

Qeyd edək ki, təqaüd 1 illik təyin olunur. Məbləğ isə aylıq 200 manatdır.//“Yeni Sabah”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*