Birinci Kanalın keçmiş redaktoru bütün Rusiyada AXTARIŞA VERİLDİbackend

Birinci Kanalın keçmiş redaktoru bütün Rusiyada AXTARIŞA VERİLDİ

Birinci Kanalın keçmiş redaktoru Marina Ovsyannikova bütün Rusiyada axtarışa verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, Rusiya Daxili İşlər Nazirliyi Birinci Kanalın keçmiş redaktoru Marina Ovsyannikovanı axtarışa verib.

Avqustda Ovsyannikova ev dustaqlığına buraxılıb. Ötən həftə onun keçmiş əri və RT-nin əməkdaşı İqor Ovsyannikov bildirib ki, keçmiş arvadı 11 yaşlı qızı ilə ev dustaqlığından qaçıb.

Martın 14-də Marina Ovsyannikova “Vremya” verilişinin canlı studiyasına “Müharibəni dayandır! Təbliğata inanmayın, burada sizə yalan danışırlar”plakatları ilə girmişdi. Daha sonra Ovsyannikova 30 min rubl cərimə olunub.

Kanalın informasiya proqramları idarəsinin rəhbəri Kirill Kleimenov Ovsyannikovanı Britaniya səfirliyi ilə əlaqədə olmaqda ittiham edib və onun hərəkətini “xəyanət” adlandırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*