Bişkekdə ŞƏT, MDB və Aİİ Hökumət Başçıları Şuralarının iclasları keçiriləcəkbackend

Bişkekdə ŞƏT, MDB və Aİİ Hökumət Başçıları Şuralarının iclasları keçiriləcək

Oktyabrın 26-27-də Bişkekdə ŞƏT və MDB ölkələrinin Hökumət Başçıları Şuralarının, eləcə də Aİİ-nin Hökumətlərarası Şurasının iclasları keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclasda iştirak edən ölkələr ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlıqla bağlı geniş spektrli məsələləri müzakirə edəcəklər.

Xüsusən, MDB hökumətləri rəhbərlərinin görüşündə Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə hazırlıq və qeyd olunması, uran hasilatı aparılan ərazilərin meliorativ vəziyyətinin müzakirəsi gözlənilir.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*