Biz Azərbaycanla sülh sazişi bağlamağa hazırıq – Nikol Paşinyanbackend

Biz Azərbaycanla sülh sazişi bağlamağa hazırıq - Nikol Paşinyan

“Biz Azərbaycanla sülh sazişinin bağlanmasında maraqlıyıq”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bunu Nikol Paşinyan deyib. O bildirib ki, Azərbaycanla sülhə hazırlaşırıq.

“Azərbaycanla sülh sazişi imzalamaq, Türkiyə ilə münasibətləri normallaşdırmaq bizim və bütün əvvəlki hökumətlərin məqsədidir”, – deyə  Nikol Paşinyan bildirib.

O, həmçinin qeyd edib ki, Qarabağ üzrə dinc danışıqlar prosesinin məqsədi sülh sazişinin imzalanmasıdır və bu, bütün sənədlərdə öz əksini tapıb.

“Biz Azərbaycanla sülh sazişi bağlamağa hazırıqmı? Bəli. Bu sülh sazişi müzakirə olunmalıdır? Bəli. Müzakirələr hansı formatda olmalıdır – biz bu barədə bir neçə dəfə fikirlərimizi səsləndirmişik”, – deyə Paşinyan qeyd edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*