“Biz beynəlxalq ictimaiyyətdən, o cümlədən Rusiyadan substantiv addımlar gözləyirik”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 5-də hökumətin iclasında deyib.
“Laçın dəhlizinin Azərbaycan tərəfindən “qanunsuz blokadası” 25 gündür ki, davam edir.
Qarabağda “humanitar böhran”a səbəb olan bu hərəkət dəhlizin açılmasını tələb edən geniş beynəlxalq reaksiyaya səbəb olub.
Buna baxmayaraq, Azərbaycan problemin həlli üçün heç bir addım atmır. Azərbaycan Laçın dəhlizinin qarşısını almaqla 9 noyabr tarixli üçtərəfli bəyanatda üzərinə götürdüyü birbaşa öhdəliyi kobud şəkildə pozur. Bu, rəsmi Bakının danışıqlar apara biləcəyi ilə bağlı ciddi suallar yaradır.
Eyni zamanda, Azərbaycan öz öhdəliklərinin yerinə yetirilməməsi praktikasını Ermənistana aid etməyə çalışır ki, bu da tamamilə uydurmadır. Onu da qeyd etmək lazımdır ki, Laçın dəhlizinin bağlanması üçün müxtəlif səbəblər göstərilir.
Bu mənada biz beynəlxalq ictimaiyyətdən, o cümlədən Qarabağda BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyadan birbaşa substantiv addımlar gözləyirik”, – deyə Paşinyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
