“Biz Ermənistanın müstəqilliyini iki liderin əli ilə təhlükəyə atırıq” – Akopyandan İLGİNC ETİRAFbackend

“Biz Ermənistanın müstəqilliyini iki liderin əli ilə təhlükəyə atırıq” – Akopyandan İLGİNC ETİRAF

“Biz Artsaxı itiririk, Ermənistanın müstəqilliyini və dövlətçiliyini təhlükəyə atırıq”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin deputatı Metaxe Akopyan səsləndirib:

“Biz bir idik, özümüzün və vətənimizin qədrini bilirdik, ona görə də Ermənistanın müstəqilliyinə nail olurduq. 32 ildən sonra erməni simasını itirir. Amma öz iradəsi ilə deyil. İki liderin sarsılmaz əli ilə biz Ermənistanın müstəqilliyini və dövlətçiliyini təhlükə altına alaraq “Artsax”ı da itiririk” – Akopyan vurğulayıb.

“Parçalandığımız üçün zəiflədik. Biz bu parçalanmaya son qoymalı və özümüzü xilas etməliyik. “Artsax”ın müdafiəsi ideyası ətrafında toplaşmalı və bununla da erməniyə xəyanət edən iki liderin antimilli proqramlarını iflasa uğratmalıyıq” – deyə erməni deputat fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*