“Biz fəaliyyətimizi Şuşada davam etdirməliyik” – QHT sədribackend

“Biz fəaliyyətimizi Şuşada davam etdirməliyik” - QHT sədri

“Rayonlarımız, şəhərlərimiz bərpa olunduqca, biz fəaliyyətimizi burada, yeni böyük şəhərlərdə davam etdirməliyik”.

KONKRET.az xəbər verir ki, bunu  “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib.

O qeyd edib ki, artıq Şuşaya ikinci səfəridir, yalnız keçirdiyi hisslər eyni qalıb:

“Avtobusda qalxa-qalxa deyirdim ki, “Can, siz buraları necə qalxmısınız ? Siz buranı necə fəth etmisiniz, necə almısınız? Bütün şəhidlərin qarşısında baş əyirəm. Bizə bu sevinci, bu xoşbəxtliyi yaşatdıqlarına görə təşəkkür edirəm.

Hərbçilərimiz olmasa, bizə bu xoşbəxtliyi heç kim nəsib edə bilməzdi. Mən bundan qürur duyuram və düşünürəm ki, bu rayonlarımız, şəhərlərimiz bərpa olunduqca, biz fəaliyyətimizi burada, yeni böyük şəhərlərdə davam etdirməliyik ”, – Kəmalə Ağazadə deyib.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*