“Rusiyadan, Azərbaycandan, ABŞ-dan hərəkət tələb edə bilmərik, tələblərimizin ünvançısı Ermənistanın hakimiyyət orqanlarıdır”.
KONKRET.az xəbər verir ki, bunu “Hayastan” müxalifət fraksiyasının deputatı Aqnessa Xamoyan jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, daha erməni cəmiyyəti hakimiyyətin hərəkətsizliyinə təəccüblənmir.
“Erməni xalqı nəticə çıxarmalıdır, bu gün biz təkcə Qarabağı itirmirik, Ermənistan da təhlükə altındadır”, – deyə Xamoyan qeyd edib.
O, Azərbaycanın Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına da münasibət bildirib.
“Biz Rusiyadan, Azərbaycandan, ABŞ-dan hərəkət tələb edə bilmərik, tələblərimizin ünvançısı Ermənistan hakimiyyətidir”, – o deyib.
Xuraman Etibarlı,
KONKRET.az
