“Biz sülhə yox, hər an qapımızı döyə biləcək müharibəyə hazırlaşmalıyıq” – Voskanyanbackend

"Biz sülhə yox, hər an qapımızı döyə biləcək müharibəyə hazırlaşmalıyıq" - Voskanyan

“Biz sülhə yox, hər an qapımızı döyə biləcək müharibəyə hazırlaşmalıyıq”.

KONKRET.az xəbər verir ki, bunu oktyabrın 6-da müzakirə zamanı iranlı Vardan Voskanyan deyib. O, Azərbaycanla sülhün mümkün olmadığını bildirib.

“Bugünkü Azərbaycanla sülh mümkün deyil. Biz sülhə yox, hər an qapımızı döyə biləcək müharibəyə hazırlaşmalıyıq. Müharibə haqqında düşünməkdən qaçmamalı, bunun qaçılmaz olduğuna köklənməliyik”, – deyə Voskanyan sərsəmləyib.

Onun sözlərinə görə, gündəm dinc xarakter daşımamalı, müharibəyə hazırlıqla bağlı olmalıdır.

“Heç bir sənəd Ermənistanın təhlükəsizliyini təmin etməyəcək. Noyabrın 9-da eyni bəyanatı bir fövqəldövlət imzalayır, lakin humanitar problemlər belə həll olunmur”, – o deyib.

Voskanyan Azərbaycana qarşı İran və Hindistanla sıx əməkdaşlığa çağırıb. Eyni zamanda vurğulayıb:

“Biz bundan sonra da dövlət statusuna sahib olmaq istəyirikmi? Əgər belədirsə, o zaman bu cür arzular xarici dövlətin, o cümlədən Rusiya, İran, ABŞ və ya başqa bir ölkənin ordusuna arxalanmaq düşüncələri ilə bir araya sığmır. Problemlərimizin kökü İranda, Rusiyada və ya ABŞ-da deyil, bizdədir”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*