“Bizim iqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür”backend

"Bizim iqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür"

“Qərb siyasətçiləri və mediası Ukraynadakı münaqişənin perspektivləri ilə bağlı bədbin bəyanatlardan çəkinməlidir, çünki zaman Kiyev və onun müttəfiqlərinin tərəfindədir”.

KONKRET.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron “The Sunday Times” qəzetinə müsahibəsində bildirib.

“Biz zamanın Ukraynanın tərəfində olmadığı haqqında danışmağı dayandırmalıyıq. İqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür və biz vaxtın Rusiya prezidenti Vladimir Putinin tərəfində deyil, bizim tərəfimizdə olduğunu nümayiş etdirmək iqtidarındayıq”, – deyə nazir bildirib.

Kemeronun sözlərinə görə, o, noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, bu fikri Donald Trampa çatdırmaq niyyətindədir.

Xarici işlər naziri hesab edir ki, şəxsi müstəvidə Trampla qarşılıqlı əlaqə ABŞ-ın hazırkı prezidenti Co Baydendən fərqli şəkildə qurulmalı olacaq. Lakin Britaniya və Amerika hərbçiləri və kəşfiyyatçıları birgə işləməyə öyrəşiblər və bunun yollarını bilirlər.

“İiki ölkənin dəyərləri və problemlərə yanaşmaları çox yaxındır. Biz bunun öhdəsindən gələ bilərik” – deyə – Kemeron əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*