“Bizim sadəcə olaraq yeni müharibə üçün gücümüz yoxdur” – Koçaryana SƏRT CAVABbackend

“Bizim sadəcə olaraq yeni müharibə üçün gücümüz yoxdur” – Koçaryana SƏRT CAVAB

Son vaxtlara qədər ciddi daxili siyasi qarşıdurma ilə hədələnən İrəvanda mitinqlər deyəsən səngimək üzrədir. Bunun bir neçə səbəbi var. Əvvəla, xalq müxalifətin boş sözlərindən yorulub və nəhayət başa düşür ki, anti-Paşinyan hərəkatının başında dayananlar yalnız  öz əvvəlki yerlərinə qayıtmaq arzusundadırlar. Qalan hər şey isə boş və mənasızdır. İkincisi, yay fəsli olduğundan bir çox ermənilər taxıl biçirlər, yaxud da harasa istirahətə gedirlər.

KONKRET.az xəbər verir ki, bu fikirlər erməni mediasında dərc edilən məqalədə yer alıb. Müəllif Ermənistanda baş verən proseslər və müxalifətin əsas məqsədi haqda fikirlərini bölüşüb: “Müxalifət öz bayrağı altında mümkün qədər çox insanı cəlb etmək ümidini itirmir. Çünki istənilən etiraz hərəkatının uğuru onun kütləvi xarakter almasındadır. Buna görə də, növbəti mitinqin iyulun 15-də keçirilməsi planlaşdırılır.

Erməni müəllifin sözlərinə görə, Sarkisyan və Koçaryan cütlüyü erməniləri kütləvi şəkildə mitinqlərə cəlb etmək üçün onların ən zəif yerindən, “Artsax” məsələsindən faydalanmağa çalışır.

“Bəli, bu bizim dərdimizdir və hər birimiz “Artsax”ı arzulayırıq. Amma necə və nəyin bahasına? Axı Ermənistanda bir neçə aydır ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi belə yoxdur. Bir anlıq təsəvvür edək ki, Paşinyan devriləcək və yerinə Koçaryan gələcək. Bu zaman da çətin ki, vəziyyəti dəyişmək imkanı olsun. Ola bilər ki, rəsmi İrəvanın mövqeyində sərtlik müşahidə edilsin. Ancaq bundan artığı baş verməyəcək. Birincisi, bizim sadəcə olaraq yeni müharibə üçün gücümüz yoxdur. İkincisi, Rusiya bizə bunu etməyə imkan verməyəcək. Moskva heç şübhəsiz ki, Koçaryana görə, Bakı və Ankara ilə mübahisə etməyəcək. Odur ki, Koçaryan tərəfdarlarının “Artsax” məsələsi ilə bağlı spekulyasiya etdiklərini bilməlisiniz” – məqalə müəllifi vurğulayıb.

“Biz 10 il Robert Sedrakoviçin rəhbərliyi altında yaşamışıq və o həyatın bütün “cazibələrini” yaxşı xatırlayırıq. Ermənistan əhalisinin çox az hissəsi o günlərə qayıtmaq istəyir” – müəllif fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*