“Bizim ən böyük bədbəxtçiliyimiz bizim tariximizin saxta olmasındadır”.
KONKRET.az xəbər verir ki, bu fikirləri erməni tarixçi Filip Ekozyanç səsləndirib.
Daha sonra o deyib:
“Buradan öz erməni qardaşlarıma demək istəyirəm ki, biz özümüz yazmamışıq bu saxta tarixi…
Bizim üçün yazıblar ki, bizi idarə etsinlər.
Hər dəfə biz qonşularla sülh barədə fikirləşəndə, köhnə kitabxana zirzəmilərindən çıxarıb həmin “qədim tarix”i bizim gözümüzə soxsunlar və desinlər, “bax, onlar sənin düşmənindir, olmaz onlarla dostluq etmək, həmişə də sənin düşmənin olacaqlar”.
Amma onlar heç vaxt bizə düşmən olmayıblar, heç bir qonşumuz. Düşmən odur ki, bu tarixi bizim gözümüzə soxur, düşmən odur ki, kim bu işlə məşğul olur.
Biz özümüzü toparlamalı, bununla ciddi məşğul olmalıyıq”.
Daha ətraflı videoda:
Xuraman Etibarlı
KONKRET.az
