“Bizim xalqın yaşı 5 min il deyil, biz hələ bir millət, xalq kimi formalaşmamışıq” – Ajapanyanbackend

"Bizim xalqın yaşı 5 min il deyil, biz hələ bir millət, xalq kimi formalaşmamışıq" - Ajapanyan

“Bizim xalqın yaşı 5 min il deyil, ermənilər hələ bir millət, hətta xalq kimi formalaşmayıb”.

KONKRET.az xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Ajapanyan erməni mediasına müsahibəsində deyib.

“Bizim xalqın yaşı 5 min il deyil. Biz öz vətənindən xəbəri olmayan, başqa dövlətlərin hesabına yaşayan qaraçılardan bir az yaxşıyıq, ya da pisik. Biz hələ millət olaraq, hətta xalq olaraq formalaşmamışıq”.

O, ermənilərin xəstəliyinin milli şöhrətpərəstlik olduğunu vurğulayıb.

“Biz millət olaraq ən aşağı səviyyədəyik. Amma belə düşünmürük. Düşünürük ki, biz ruslardan, türklərdən və azərbaycanlılardan müqayisə olunmayacaq dərəcədə yüksəkdəyik. Bəs əgər zirvədəyiksə, o zaman ölkəmiz niyə bu qədər kiçik və biz bu qədər acınacaqlı vəziyyətdəyik?”, – deyə arxiyepiskop bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*