Blinken ANONS ETDİ: “Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalayacaq”backend

Blinken ANONS ETDİ: "Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalayacaq"

“Azərbaycan və Ermənistan tezliklə sülh sazişi imzalaya bilər”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə  ABŞ dövlət katibi Entoni Blinken deyib. Senatın Xarici Əlaqələr Komitəsinin iclasında çıxış edən Blinken, “Şişirtmək istəmirəm, ancaq sülh razılaşmasını həqiqətən yekunlaşdırmağa imkan verən bir fürsət var” fikirləri ilə gündəmə çevrilib.

“Mən Münhen Təhlükəsizlik Konfransı zamanı Paşinyan və Əliyevlə görüşdüm. Xarici işlər nazirləri bu yaxınlarda Vaşinqtonda idilər. Mən onların qayıtmasını gözləyirəm. Biz müqavilənin mətni üzərində işləyirik”, – Blinken vurğulayıb.

Amerika diplomatiyasının rəhbərinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması məsələsi ilə fəal məşğul olur, tərəflər arasında “sülh sazişi”nin əldə olunmasına töhfə verir.

Eyni zamanda o, Laçın dəhlizindəki vəziyyətlə bağlı fikirlərini bölüşüb: “İstərdim ki, bu dəhliz yenidən açılsın, biz bunun üzərində işləyirik. Mübaliğəsiz hesab edirəm ki, indi Azərbaycanın və Ermənistanın maraqlarına dərindən xidmət edəcək əlverişli məqamdır”, – deyə dövlət katibi fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*