Bloomberg: “İran Rusiyadan “S-400” zenit-raket kompleksi almaq istəyir”backend

Bloomberg: "İran Rusiyadan “S-400” zenit-raket kompleksi almaq istəyir"

İran Rusiyadan S-400 zenit-raket kompleksləri almaq niyyətindədir.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

İsrail və ABŞ-dakı mənbələr agentliyə bildiriblər ki, İranın Rusiyadan zenit sistemi alması ehtimalı Təl-Əvivin zərbə endirmə qərarını sürətləndirə bilər.

Bundan əlavə, nəşr qeyd edib ki, İsrail İranın mümkün nüvə silahı yaratmasından qorxur.

Vaşinqton hesab edir ki, Rusiya-İran əməkdaşlığı təkcə qonşu ölkələrə deyil, bütün beynəlxalq ictimaiyyətə təsir edə bilər.

Qeyd edək ki, yanvarın 15-də İran parlamentinin üzvü Şəhriyar Heydəri ilk dəfə olaraq Rusiyadan “Su-35” qırıcılarının, o cümlədən hərbi texnikanın alınmasına dair sifarişin olduğunu təsdiqləyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*