BMT-nin insan haqları üzrə ekspertləri ABŞ-ı Əfqanıstanın xarici aktivlərini dondurmasına görə tənqid edib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasına məsləhət verən 14 müstəqil eksperti ABŞ hökumətini ittiham edən bəyanatla çıxış edib.
Belə ki, Əfqanıstandakı humanitar vəziyyətdən narahatlığını ifadə edən ekspertlər ABŞ-dan Əfqanıstanın xarici aktivlərinin dondurulmasını dayandırmağa çağırıb:
“Gender əsaslı zorakılıq qadınlar və qızlar üçün ciddi təhlükə olsa da, bu, ABŞ-ın tətbiq etdiyi siyasəti ilə daha da şiddətlənib”.
Digər tərəfdən ABŞ BMT-nin insan haqları üzrə ekspertlərinin çağırışına reaksiya verib.
ABŞ Dövlət Departamentinin sözçüsü sözügedən tənqidlərin doğru olmadığını bildirib.
O, 11 fevral hərəkətlərini ABŞ-ın əfqan xalqının rifahı üçün vəsaitin əhəmiyyətli bir hissəsinə çıxışını asanlaşdırmaq üçün atılmış mühüm addım olduğunu bildirib
Qeyd edək ki, Co Bayden administrasiyası Əfqanıstan hökumətinin ABŞ banklarındakı ehtiyatlarını dondurub.
İqbal Rzayev,
KONKRET.az
